
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, həmçinin səfirliyin Hərbi Attaşesi briqada generalı Zəkəriyyə Yalçın işğaldan azad edilmiş torpaqlarda atəşkəsin qorunub saxlanılması üçün Türkiyə ilə Rusiya arasında 11.11.2020-ci il tarixdə imzalanmış müqaviləyə uyğun yaradılmış “Birgə Monitorinq Mərkəzi”nə baş çəkiblər.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin ölkəmizdəki Səfirliyinin “Facebook” səhifəsində bildirilib.
Qeyd edilib ki, mərkəzin fəaliyyəti barədə səfirə və Hərbi Attaşeyə məlumat verilib.
Gununsesi.info