
Azərbaycanda gənc jurnalist koronavirusdan vəfat edib.
Bir müddət öncə “COVID-19” virusuna yoluxan 32 yaşlı Oğuz Altay bu gün dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Qeyd edək ki, jurnalist bir neçə gün əvvəl sosial şəbəkə hesabında koronavirusa yoluxması barədə məlumat paylaşmışdı.
Allah rəhmət eləsin!
Gununsesi.info