
Tanınmış meyxanaçı Rəşad Dağlı sosial şəbəkə hesabında üzr videosu paylaşıb.
Gununsesi.info xəbər verir ki, Rəşad Dağlı Masallı toylarının birində dediyi meyxananın yanlış anlaşıldığını bildirərək dindarlardan üzr istəyib.
“Görünür, bədahətən deyildiyinə görə fikrimi doğru çatdıra bilməmişəm. Bu da dindarlar arasında haqlı olaraq narazılığa səbəb olub”, – deyə meyxanaçı bildirib.
Gununsesi.info