
Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasında səfərdədir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, avqustun 5-də nümayəndə heyətimiz İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak edib.
İran İslam Şurası Məclisinin binasında keçirilən mərasimə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10-a yaxın ölkənin prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri və beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Qeyd edək ki, iyunun 18-də İranda növbəti prezident seçkiləri keçirilib. Seyid İbrahim Rəisi 61,9 faiz səslə prezident seçkilərində qalib elan olunub.
Gununsesi.info