Keçmiş rəqibi də Rasim Musabəyovu ittiham etdi - ONU SEÇKİDƏ İFŞA ETMİŞDİM

Milli Məclisin deputatı Rasim Musabəyovun türk ordusunun Qarabağa gəlişinə qarşı çıxması böyük narazılığa səbəb olub.
Son parlament seçkilərində Rasim Musabəyovun əsas rəqibi olan tanınmış vəkil Ceyhun Yusifov da onu bu mövqeyinə görə qınayıb.
Gununsesi.info vəkilin qeydlərini təqdim edir:

“Qardaş dövlət Türkiyə ilə aramızda olan dostluq və qardaşlıq əlaqələrinə paxıllıqla yanaşan vətən xainlərinin sayı getdikcə artır. Bunlardan birinin hazırda Milli Məclisin deputatı olması isə işin ən dəhşətli məqamıdır. Babası Qəzənfər Musabəyovun da mart soyqırımı vaxtı Bakının hərbi komendantı olduğunu xatırlasaq əslində hazırki müsahibəyə də təəccüblənmərik. Deputat seçkiləri vaxtı mənim haqqımı tapdalayan, səslərimi oğurlayıb mənə min cürə təzyiqlər etdirən adamdan elə bu hərəkəti gözləmək olardı. Seçkilər vaxtı bu şəxsin yalançı və saxtakarlıq maskasını tamam ifşa etmişdim. Seçkidə isə açıq nakaut vəziyyətinə saldım. Amma təəssüf ki, sonu hamıya məlumdur.
İndi ki sualım isə Rasim Musabəyova yox ona himayədarlıq edib haqqımı alıb ona verənlərədir. Gördünüzmü mənim haqqımı kimə verdiniz? Dövlətçilik, millətçilik ən əsası türkçülük mənim üçün Quran ayəsi qədər müqəddəs olduğunu bilə-bilə mənim haqqımı alıb Rasimə verdiniz. Yəqin, bu hamımıza bir dərs olar.
Tanrı Türkü qorusun, Tanrı millətimi qorusun, Tanrı Prezidentimi qorusun!.

Günay
Gununsesi.info