
Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aygünlü kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 17 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Gununsesi.info