“Samsung” smartfonlarında peyk rabitəsi olacaq

Samsung 2023-cü ildə öz cihazlarına peyk qoşulmasını təqdim edəcək.

Gununsesi.info bu barədə “SamMobile”a istinadən xəbər verir.

Bu texnologiya 2023-cü ilin əvvəlində buraxılması planlaşdırılan “Galaxy S23” seriyasının cihazları tərəfindən dəstəklənəcək.

Bununla belə, “Samsung”un öz standartını hazırlayacağı və ya “Google” texnologiyalarından istifadə edəcəyi dəqiqləşdirilməyib.

Gununsesi.info