
Dünən axşam saatlarında Masallı rayonunun Hüseynhacılı kəndində bir ailənin 3 üzvünün faciəli ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. Fərdi yaşayş evində qeydə alınan yanğın zamanı 1984-cü il təvəllüdlü Gülnaz Kəlbiyeva ilə birlikdə onun övladları – 10 yaşlı Elbrus Kəlbizadə və 11 yaşlı Elgiz Kəlbizadə həlak olublar. Hadisə zaman daha üç nəfər xəsarət alıb.
Həlak olan şəxslərin qohumları Modern.az-a bildiriblər ki, yanğın ötən gün axşam saat 11:00 radələrində başlayıb.
“Axşam işıqlar sönmüşdü, hamı kimi, onlar da şam yandırıblar, daha sonra şamı yanılı qoyub qatıblar. Deyilənə görə, yanğına şam səbəb olub. Gülnaz və övladları tüstüdən zəhərləniblər”.
Yanğın ikimərtəbəli evin birinci mərtəbəsində başlayıb. Gülnaz Kəlbiyeva və övladları evin birinci mərtəbəsində olublar: “Evin ikinci mərtəbəsində olan ailənin digər üzvləri xoşbəxtlikdən sağ qalıblar. Hazırda onların vəziyyətləri normaldır, həyatları üçün təhlükə yoxdur”.
Qeyd edək ki, yanğın zamanı həlak olan ana və övladları Hüseynhacılı kənd qəbrisitanlığında son mənzilə yola salınıblar.
Gununsesi.info