Sabahdan Moskvada kafe və restoranlar açılacaq

Sabahdan Moskvada kafe və restoranlar açılacaq

Moskva meri Sergey Sobyanin koronavirusla bağlı tətbiq olunan məhdudlaşdırılmaların aradan qaldırılmasının yeni mərhələsini elan edib.

Gununsesi.org APA-ya istinadla verdiyi məlumata görə, bu barədə Moskva meri öz bloqunda yazıb.

O, iyunun 23-dən etibarən üç aylıq fasilədən sonra kafe və restoranların açılacağını bildirib.

Bununla bərabər, sabahdan Moskvada fitnes klubların, hovuzların və idman zallarının fəaliyyətinə icazə veriləcək.

 

 

Gununsesi.org

COMMENTS