Karlo Ançelotti vergidən yayınmaqda ittiham edilir

Karlo Ançelotti vergidən yayınmaqda ittiham edilir

İngiltərənin “Everton” klubunun baş məşqçisi Karlo Ançelotti vergidən yayınmaqda ittiham olunur. 

Gununsesi.org “Sky Sports”a istinadən xəbər verir ki, 61 yaşlı italiyalı mütəxəssisin 2013 – 2015-ci illərdə İspaniya “Real Madrid”ində işlədiyi dönəmdə 1 milyon avro vergi ödəmədiyi iddia edilir.

Madrid prokurorluğu Ançelottinin 2014-2015-ci illərdə imic hüquqlarından əldə olunan gəlirlərə görə vergi ödəmədiyənə dair açıqlama verib.

Baş məşqçi və onun nümayəndələri məsələ ilə bağlı açıqlama vermək istəməyiblər.

Qeyd edək ki, Karlo Ançelotti “Everton”da 2019-cu ildən işləyir.

 

 

Gununsesi.org

COMMENTS