ABŞ-da etiraz aksiyaları zamanı “iPhone” oğurlayanlar pis sürprizlə üzləşib. Belə ki, “Apple” şirkəti qurğuları bloklayıb, onların yeri barədə məlumatları isə polisə ötürüb.
Gununsesi.org-un məlumatına görə, bu barədə “Setevoy Vestnik” xəbər yayıb.
Oğurlanmış smartfonların ekranlarına “Xahiş edirik, “Apple Walnut Street”i (Filadelfiyada “Apple Store”a) qaytarın. Bu qurğu söndürülüb və izlənilir. Yerli hökumət nümayəndələri bu barədə məlumatlandırılacaq” xəbərdarlığı çıxıb.
Qeyd edək ki, ABŞ-da etirazlar zamanı bir qrup aksiyaçı “Apple Store”a hücum edərək, orada olan smartfonları yerli sakinlərə paylamışdı.
Gununsesi.org
COMMENTS