
Saatlı rayonunda birmərtəbəli ev yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonunun Azadkənd kəndində ümumi sahəsi 117 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info