Rusiya ordusu Nikolayevi çoxsaylı raket sistemləri ilə VURDU

Martın 7-də səhər saatlarından Rusiya ordudu Nikolayevi çoxsaylı raket sistemlərindən vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Suspilne” məlumat yayıb.

“Mikolayevi bir neçə reaktiv yaylım atəşi ilə vurublar”, – məlumatda deyilir.

Saat 05:40-a olan məlumata görə, Nikolaevdə düşmənin hücumu ilə bağlı təfərrüatlar yoxdur.

Daha əvvəl Nikolayevin sədri Aleksandr Senkeviç bildirmişdi ki, Nikolayev üçün ən çox ehtiyac duyulan yardım dəbilqə və gülləkeçirməz jiletlərdir. Onun sözlərinə görə, rus hərbçiləri şəhəri hər tərəfdən mühasirəyə alıblar və indi yerli hakimiyyət ehtiyat toplayır ki, blokada zamanı insanlara paylanacaq bir şey olsun.

Gununsesi.info