
Aralarındakı mübarizənin “qaynar müharibəyə” çevriləcəyindən ehtiyat edilən iki güc havada üz-üzə gəlib.
Gununsesi.info xəbər verir ki, ABŞ və Rusiya Qara dənizdə yenidən toqquşub.
Rusiyanın 2 “Su-30” təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinin “B-1B” strateji bombardman təyyarələrini Qara dəniz üzərindən kənarlaşdırmaq üçün havaya qalxıb.
Rus “Zvezda” xəbər agentliyinin məlumatına görə, “B-1B” Rusiya Federasiyası sərhədlərindən çıxarıldıqdan sonra qırıcılar əsas aerodroma qayıdıblar.
Gununsesi.info