Şəmkirdə faciəvi qəza: 2 nəfər öldü

Şəmkirdə faciəvi qəza: 2 nəfər öldü

Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən məlumat verir ki, fevralın 16-da saat 22 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində Çaparlı kənd sakini Elməddin Aslanovun və Beyləqan rayon sakini Ş.Ağalarovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Aslanov və həmkəndlisi olan sərnişini Orxan Qarayev hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.org

COMMENTS