Burkino Fasoda naməlum silahlı şəxslər ölkənin şimalındakı Sahel bölgəsindəki kilsəyə hücum edib.
Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə keşiş də daxil olmaqla 24 nəfər ölüb. 18 nəfər yaralanan şəxs isə xəstəxanalara yerləşdiriliblər.
Qeyd edək ki, Burkino Fasoda terrorla mübarizəni gücləndirmək məqsədilə yanvarın 12-də ölkədə bir illik fövqəladə vəziyyət elan edilib.
Gununsesi.org
COMMENTS