Bir neçə gün öncə Gununsesi.org saytında haqqında çoxsaylı korrupsiya və rüşvət ittihamları ilə bağlı xəbər dərc etdiyi Səhiyyə Nazirliynin Səhiyyənin Təşkili Şöbəsinin rəisi Gülmirzə Poladov vəzifəsindən azad edilib.
Bu barədə Gununsesi.org-a Səhiyyə Nazirliyindəki qaynaqlar bildirib.
Qeyd edək ki, həmin şəxsin fəaliyyəti ilə bağlı çoxlu sayda korrupsiya və rüşvət alması ittihamları vardı.
Xəbərdə Gülmirzə Poladovun korrupsiya yolu ilə Bakıda çoxlu sayda əmlaklarının olması qeyd edilirdi.
Xatırladaq ki, Gununsesi.org-un həmin şəxslə bağlı xəbəri dərc edildikdən sonra vəzifəsindən azad edilib.
COMMENTS