Yaponiyada koronavirusa görə fövqəladə vəziyyət rejiminin müdəti mayın 31-dək uzadılıb.
Gununsesi.org “Newsru.co” istinadən xəbər verir ki, bununla bağlı mayın 4-də ölkə hökuməti qərar qəbul edib.
Qeyd edək ki, Yaponiyada aprelin 7-də fövqəladə vəziyyət rejimi əvvəlcə ölkə paytaxtı Tokio və 6 prefekturada tətbiq edilmişdi.
Xatırladaq ki, Yaponiyanın Fukuako şəhərində 2021-ci ildə keçirilməsi planlaşdırılan su idmanı üzrə dünya çempionatı təxirə salınıb. Beynəlxalq Üzgüçülük Federasiyası mundialın 2022-ci ildə keçiriləcəyini bildirib.
Gununsesi.org
COMMENTS