Şəhidlərin cənazələrini qaçıran terrorçu tutuldu

Şəhidlərin cənazələrini qaçıran terrorçu tutuldu

Suriyanın Afrin şəhərində şəhidlərin cənazəsini qaçıran PKK-lı terrorçu Duzyer Kurdi tutulub.

Gununsesi.org xəbər verir ki, bu barəə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, 2018-ci ilin yanvarında “Zeytun budağı” hərəkatı çərçivəsində Afrində şəhid düşən Oğuz Kaan Usta ilə Mehmet Muratdağının meyitləri terrorçular tərəfindən qaçırılmışdı. Hadisədən sonra 11 PKK-lı yaxalansa da, cənazələri traktorla daşıyanın Duzyer Kurdi olduğu təsbit edilmişdi. Kurdi həmin vaxtdan axtarışda olub.

O, Mamaluşağı kəndində yaxalanıb.

 

Gununsesi.org

COMMENTS