
“Zirə”nin əvəzedici komandasında çıxış edən Vətən müharibəsi şəhidi İlqar Bürcəliyevin qardaşı Tamerlan Bürcəliyev “Neftçi”nin əvəzedicilərinə vurduğu qolu hərbi salamla qeyd edib.
Gununsesi.info xəbər verir ki, o, 1-ci divizionun 11-ci turunda keçirilən matçda komandasını hesabda önə keçirən qolu vurub.
Bürcəliyev fərqləndikdən sonra hərbi salam verərək qolunu qardaşına həsr etdiyinə işarə vurub.
Həmin videonu təqdim edirik:
Gununsesi.info