
Rusiyanın erməni əsilli ən zəngin iş adamlarından biri – Ruben Vardanyan deyib ki, Qarabağdakı separatçı rejimdə “hökumətə” başçılıq edəcək.
Gununsesi.info bildirir ki, milyarder bu barədə özünün Facebook səhifəsində yazıb:
“Dərk edirəm ki, mənim daha düşüncələrə dalmağa vaxtım və Artsax (Qarabağ-red) xalqının yanında olmaqdan və Artsaxın (Qarabağ-red) gələcəyi üçün öz məsuliyyət yükümü çəkməkdən başqa yolum yoxdur”.
Forbes jurnalının Rusiya redaksiyası Vardanyanı “Rusiya fond bazarının əsasını qoyanlardan biri” adlandırır.
O 1991-ci ildə amerikalı Piter Derbi ilə “Troyka dialoq” broker şirkətini yaradıb.
Vardanyan bu şirkəti satandan sonra zəngin adamların kapitalının idarə olunması və xeyriyyəçiliklə məşğul olub.
O sentyabrın əvvəllərində Rusiya vətəndaşlığından imtina etdiyini və Qarabağa köçdüyünü bəyan etmişdi.
Günay
Gununsesi.info