
Astarada Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladları üçün bayram şənliyi təşkil olunub.
Gununsesi.info xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Rəşad Mahmudov, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhidlərin ailə üzvləri və Astara könüllüləri iştirak ediblər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Vətən müharibəsindəki parlaq qələbəsi sayəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd etdi.Deputat bildirdi ki, bu şərəfli döyüşlərdə misli görünməmiş qəhrəmanlıq nümayiş etdirərək Vətən uğrunda canlarını qurban verən şəhidlərimiz hər birimizin üçün müqəddəslik simvoludur. Artıq onlar bir ailənin deyil, hər birimizin ailə üzvü və övladıdır. Şəhid övladları, doğmaları bizə əmanətdir, onların qayğısına qalmaq hər şeydən qabaq bizim vətəndaşlıq borcumuzdur.
Digər çıxışlardan sonra tədbir Şaxta baba və Qar qızın iştirakı ilə maraqlı bayram proqramı ilə davam etdi.
Sonda şəhid ailərənin üzvləri diqqət və qayğıya görə tədbirin təşkilatçılarına, rayon rəhbərliyinə belə nəcib addımlarına görə minnətdarlıqlarını bildiriblər.
Gununsesi.info