”Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sumqayıt”la matçda (5:0) sıradan çıxan mərkəz müdafiəçisi Bədavi Hüseynovun son durumu haqda danışıb.
Gununsesi.info xəbər verir ki, təcrübəli mütəxəssis “Kəpəz”lə matçdan sonra keçirilən mətbuat konfransında 33 yaşlı futbolçunun vəziyyətinin pis olduğunu deyib.
– Bədavi Hüseynovun zədəsi ciddidir?
– Bəli, ciddi görünür. Başında şiş var idi. Özüm də görüb pis oldum.












