Salyanda zəncirvari yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Bir neçə avtomobilin iştirakı ilə baş verən qəzada xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.













