AŞ PA Azərbaycana məruzəçi təyin edib - JURNALİSTLƏRƏ, HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ TƏHDİDLƏRİ ARAŞDIRACAQ

AŞPA Hüquq məsələləri və İnsan Hüquqları Komitəsi Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidləri araşdırmaq və hesabat hazırlamaq üçün məruzəçi təyin edib.

Gununsesi.info xəbər verir ki, bu barədə adıçəkilən komitənin iclasında
Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər mövzusu müzakirə ediləndən sonra qərar verilib.

Komitə məsələni araşdırmaq və hesabat hazırlamaq üçün Böyük Britaniyadan deputat Hanna Bardelli məruzəçi təyin edib.

Pərviz
Gununsesi.info