Şəhid Anar Novruzovun qızı tələbə adını qazandı

  • By admin
  • 04 Sentyabr 2021 12:47

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

 

Gununsesi.info-nun  məlumatına görə, şəhid mayor Anar Novruzovun qızı Firuzə Novruzova da tələbə adını qazanıb.

 

Bu barədə jurnalist Leyla Abdullayeva məlumat paylaşb:

 

“Bu gün ən çox məni sevindirən iyul şəhidimiz mayor Anar Novruzovun qızı , Firuzə balamızın tələbə adını qazanması oldu. Atası tarix yazdı, qızı isə fəxrlə həmin tarixi gələcək nəsillərə çatdıracaq. Təbriklər Firuzəm”.

Gununsesi.info