
Özünü jurnalist kimi təqdim edərək, şəhid ailələrinə şərikli biznes qurmaq və ayrı-ayrı vətəndaşlara MİDA-nın gənc ailələr üçün güzəştli mənzil layihəsində ev sahibi olmaq adı ilə pullarını aldadaraq mənimsəyən Fərid Abdinov həbs edilib.
Bu barədə Gununsesi.info-ya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan olunduğu deyilir.
Onu da qeyd edək ki, adıçəkilən şəxsin əməlləri barədə ilk dəfə ictimai fəal Bəxtiyar Hacıyev yazıb.
Gununsesi.info