
Fövqəladə Hallar Nazirliyində iki yüksək rütbəli məmur işdən azad olunub.
Gununsesi.info “Unikal”a istinadən verdiyi məlumata görə, Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qurumun Maliyyə-iqtisadiyyat Baş idarəsinin rəisi, general-mayor Nağı Nağıyevi və Hüquq idarəsinin rəisi, polkovnik Nərgiz Yusubovanı işdən çıxarıb.
Qeyd edək ki, hazırda FHN-də aidiyyatı qurumlar tərəfindən yoxlama aparılır.
Gununsesi.info