
“Vəkillər Kollegiyasına üzvlüyümün bərpası Avropa İnsan Hüquqları Məhkəməsinin 17 Mart 2020-ci ildəki qərarı ilə bağlıdır. Həmin qərarda Avropa Məhkəməsi mənimlə bağlı bütün yerli məhkəmələrin qərarları ləğv etmişdi”.
Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov Vəkillər Kollegiyasının üzvlüyünə bərpa olunması barədə xəbərə münasibətində deyib.
Onun sözlərinə görə, Avropa Məhkəməsinin qərarından sonra Ali Məhkəmə işə baxaraq, onu apellyasiya instansiyasına qaytarıb:”Təəssüflər olsun ki, iki ildən artıq süründürməçilikdən sonra haqqım tanındı. Burada yeganə operativ qurum Vəkillər Kollegiyasıdır. Mənim bu gün də məhkəmə hakimiyyətinə iradlarım qalır”.
Elmar Elnuroğlu
Gununsesi.info