Hökumət karantin rejimini yenə uzadır

Hökumət karantin rejimini yenə uzadır

 

İki həftə əvvəl ölkədə qəbul edilmiş karantin rejiminin sərtləşdirilməsi qərarı (iyulun 20-nə qədər) daha iki həftə uzadılacaq.

Gununsesi.org bildirir ki, bu barədə  Dövlət Televiziyasında çıxış edən dövlət başçısının köməkçisi və Prezident Administrasiyasının iqtisadi məsələlər şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, qərar Nazirlər Kabineti yanında Operativ Qərargahda vəziyyətin müzakirəsindən sonra qəbul edilib.

Xatırladaq ki, iki həftə əvvəl karantin rejiminin sərtləşdirilməsi Bakı ilə yanaşı, ölkənin bir neçə rayonuna da şamil edilmişdi. Karantin zonasının genişləndiriləcəyi istisna edilmir.

Hazırda karantin rejimi Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir, Yevlax, Cəlilabad, Gəncə, Masallı, Abşeron, Goranboy, Göygöl, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında qüvvədədir.

Onu da qeyd edək ki, bir sıra ictimai-siyasi xadimlər karantin rejiminin saxlanılmasının insanların emosiyalarına mənfi təsir etdiyini və bunun gələcəkdə gərginliyə səbəb ola biləcəyini istisna etməyib.

Günay

Gununsesi.org

COMMENTS