Karatin rejimi uzadılsa, Bakı metrosu açılacaq? – Rəsmi Cavab

Karatin rejimi uzadılsa, Bakı metrosu açılacaq? – Rəsmi Cavab

Azərbaycan Prezidentinin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycanda sərt karantin rejiminin daha 2 həftə uzadılacağı ilə bağlı müzakirələrin aparıldığını açıqlayıb.

Vətəndaşları daha çox düşündürən isə sərt karantin günlərində “Bakı Metropoliteni” QSC-nin fəaliyyətinin bərpa olunub-olunmayacağıdır.

Gununsesi.org bildirir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bütün qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:

“Amma Bakı metrosu sərişinlərə xidmət üçün hər an hazırdır. Metropoliten 20 iyul səhər saat 6:00-da xidmət üçün hazırdır. Amma qərar necə olacaq, sərt karantin rejimi uzadılacaqmı, detallar necə olacaq, metro ilə bağlı hansı qərar veriləcək, bu, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunacaq”.

Gununsesi.org

COMMENTS