“Səbail”-“Zirə” oyununda qalib müəyyənləşməyib

“Səbail”-“Zirə” oyununda qalib müəyyənləşməyib

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Gununsesi.org-un məlumatına görə günün ikinci matçında “Səbail” “ASCO Arena”da “Zirə”ni qəbul edib. Qarşılaşmada qol vurulmayıb.

Komandalar arasındakı cavab matçı dekabrın 19-da Zirədə olacaq.

Günün ilk görüşündə “Qəbələ” “Sabah”ı 3:0 hesabı ilə üstələyib. 1/4 final mərhələsində ilk oyunlara dekabrın 16-da keçiriləcək “Neftçi” – Sumqayıt” və “Qarabağ” – “Keşlə” matçları ilə yekun vurulacaq.

Gununsesi.org

COMMENTS