Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir matçı keçirilib.
Gununsesi.orgxəbər verir ki, ikinci oyun günündə “Səbail” “Neftçi”ni qəbul edib. “ASCO Arena”da baş tutan görüşdə hesab açılmayıb.
Qarşılaşmanın 81-ci dəqiqəsində “dənizçilər”in hücumçusu Ağabala Ramazanov özünə qarşı kobudluqdan sonra təyin edilən penaltini qola çevirə bilməyib. Onun zərbəsindən sonra top qapı çatına tuş gəlib.
Bu heç-heçədən sonra xalını 22-ə çatdıran “Neftçi” “Keşlə” ilə 2-3-cü pillələri bölüşürlər. “Səbail” isə 12 xalla “Qəbələ” ilə son iki sıranı paylaşır.
Qeyd edək ki, ilk iki oyununda “Qəbələ” “Zirə”yə 3:0, “Keşlə” “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəlib. Tura sabah Masazırda reallaşacaq “Sabah” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.
Gununsesi.org
COMMENTS