
Bu gün səhərə olan məlumata görə, Ukraynada 3,5 mindən çox rus hərbçi məhv edilib və 200-ə yaxını əsir götürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Rada” telekanalının efirində Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
“Bu səhərə olan məlumata görə, bizdə 3500-dən çox ölü rus və 200-dən bir az az əsir var”, – Mixail Podolyak deyib.
Gununsesi.info