
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şəki rayonunda vətəndaş qəbulu keçirəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilir ki, mayın 23-ü, saat 11:00-da Şəki şəhəri, Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı sakinlərin müraciətləri dinləniləcək.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Zaqatala Regional Qaz İstismarı İdarəsinə müraciət edə bilərlər.
Gununsesi.info