
Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun xəbərinə görə, şəhərin mərkəzi küçələrinin birində yüksək sürətlə hərəkət zamanı müxtəlif manevrlər edən və sonda idarəetmədən çıxan 66BB 523 dövlət qeydiyyat nömrə nişanlı “Jiquli” aşıb.
Maşında olan iki şəxsdən biri ağır xəsarətlər alıb. Digər şəxs isə avtomobildən çixaraq, hadisə yerindən qaçıb.
Əraziyə gələn insanların köməyi ilə yaralı xəstəxanaya aprarılıb.
İlkin ehtimala görə, avtomobili hadisəni qəzadan salamat qurtulan gənc idarə edib.