Rusiyanın daha bir təyyarəsi məhv edildi

Ukrayna ordusu Xarkov üzərində Rusiyanın hərbi təyyarəsini məhv edib.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

“Bir saat əvvəl Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri İzyum rayonunda işğalçıların növbəti təyyarəsini məhv etdi”, – Geraşenko bildirib.

Onun sözlərinə görə, pilotların axtarışı davam etdirilir.

Gununsesi.info