“Azəriqaz” sahibkarlarla növbəti dəfə Kürdəmirdə görüşəcək

  • By admin
  • 03 Aprel 2022 16:15

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Gununsesi.info  xəbər verir ki, Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Kürdəmir rayonunda təşkil olunacaq.

“Azəriqaz” İB-nin rəhbər şəxsləri Kürdəmir rayonu, Heydər Əliyev prospekti, Qələbə Parkında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” aprelin 5-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Gununsesi.info