Rusiyanın baş ravvini Berl Lazar koronavirusa yoluxub.
Gununsesi.org bildirir ki, bu barədə Rusiya Yəhudilər Federasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Borux Qorin məlumat verib.
“Ravvin Lazara koronavirus diaqnozu qoyulub. O, həkimlərin nəzarəti altındadır”, – Qorin Feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, baş ravvinin vəziyyəti ilə bağlı təhlükəli bir şey yoxdur.
Gununsesi.org
COMMENTS