Məhkəmə Cem Yılmazın iddiasını rədd etdi – VİDEO

Məhkəmə Cem Yılmazın iddiasını rədd etdi – VİDEO

Türkiyənin məşhur yumoristi və şoumeni Cem Yılmaz sevgilisi Serenay Sarıkaya ilə tətil zamanı evinin həyətində media nümayəndələri tərəfindən görüntülənməsinə etiraz olaraq, onları hüququ yolla cəzalandırmaq üçün məhkəməyə müraciət etsə də, istəyi baş tutmayıb.

Gununsesi.org Oxu.Az-a istinadla xəbər verir ki, Bodrumda dincələrkən paparazzilərin obyektivinə tuş gələn cütlük fotolarını sosial mediada gördükdən sonra əsəblərinə hakim ola bilməyiblər.

Haqlarının pozulduğunu iddia edən C.Yılmaz şəkillərin əlçatanlığına məhdudiyyət qoyulması üçün iddia irəli sürsə də, tələbi rədd edilib.

Xatırladaq ki, məşhur komediyaçı “Twitter” hesabında “Evimi güddüyünüzə görə sizi məhkəməyə verirəm. Böyük cəhdlə evlərdən video çəkməyə çalışmağınızın “mükafat”ı olmalıdır. Təşəkkürlər!” yazaraq, mediaya xəbərdarlıq ünvanlayıb.

Qeyd edək ki, Cem Yılmaz 2013-cü ildə aktrisa Ahu Yağtudan boşanıb. Serenay Sarıkaya isə üç il yarım sevgili olduğu aktyor Kərəm Bursinlə evlənməyi düşünmədiyini demişdi.

 

 

Gununsesi.org

COMMENTS