
Ədliyyə Nazirliyinin tanınmış iqtisadçı alim Qubad İbadoğlunun lideri olduğu ADR Partiyasının qeydiyyatından imtinası məhkəmə çəkişməsinə səbəb olub.
Gununsesi.info-nun xəbəinə görə, adıçəkilən partiya bununla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, siyasi hakimiyyət partiyanın qeydiyyatına hər vasitə ilə mane olmağa çalışır və bu prosesə məhkəmələri də qoşur:
“Belə ki, 27 sentyabr 2022 ci il tarixində hakim Mirzə Tağızadə ADR Partiyasının qeydiyyat sənədlərini son 1 il ərzində 4 dəfə geri qaytaran Ədliyyə Nazirliyi ilə bağlı Partiyanın şikayətinə Apellyasiya Məhkəməsində baxılmasının mümkünsüzlüyünə dair qərar çıxarıb. Partiyanın vəkili ADR-in kassasiya şikayətini Ali Məhkəməyə təqdim edib. Gözləntilərə görə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, işi yenidən birinci instansiyaya qaytaracaq. Burada məqsəd ADR Partiyasının şikayətini Apellyasiya Məhkəməsi ilə Ali Məhkəmə arasında bir-birinə ötürməklə Partiyanın Azərbaycanda dövlət qeydiyyatına alınmaması ilə bağlı şikayətini Avropa İnsan Haqları Məhkəməsinə təqdim etməsinə imkan verməməkdir”.
ADR Partiyası hesab edir ki, “Siyasi Partiyalar haqqında” yeni mürtəce Qanun layihəsinin hazırlandığı indiki dönəmdə ADR Partiyasınin qeydiyyatinin suni yollarla əngəllənməsi təsadüfi deyildir.
Günay Təhməzova
Gununsesi.info