Rusiya Ankaraya Amerikanın PYD-yə silah yardımını xatırladaraq: “Özünüz qərar verin”- FOTO

Rusiya Ankaraya Amerikanın PYD-yə silah yardımını xatırladaraq: “Özünüz qərar verin”

Rusiyanın Türkiyədəki səfirliyinin “Twitter” hesabında “Özünüz qərar verin” başlığı ilə Türkiyə-ABŞ münasibətlərinə dair iki şəkil paylaşılıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Paylaşımın sol tərəfində ABŞ Dövlət katibi Mayk Pompeonun fotosu, həmçinin Suriyada türkiyəli əsgərlərin ölməsi barədə sitatı yerləşdirilib: “Biz bu hücumda hərbçilərini itirmiş NATO müttəfiqimiz Türkiyənin yanındayıq”.

 

 

Paylaşımın sağ tərəfində isə ABŞ-ın terror qruplaşmasıolan YPG-yə hərbi yardımlarının əks olunduğu “Anadolu” agentliyinin infoqrafikası yerləşdirilib.

 

 

Gununsesi.org

COMMENTS