Rusiyada miqrantların sayı 2 dəfə azaldı

Rusiyada altı milyondan bir qədər çox miqrant var.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, müxtəlif dövrlərdə onların sayı 9-11 milyon nəfər aralığında dəyişib.

 

“Bu il onların sayı tədricən azalmağa başladı və hazırda 6,3 milyon nəfərdir”, – bildirilib.

Bundan başqa, ölkədə bir milyon insanın müvəqqəti yaşayış icazəsi və ya oturma izni var.

Gununsesi.info