Ermənistanda ölənlərin sayı 2 min 556 nəfərə çatdı

Ermənistanda son sutka ərzində 1098 nəfərə COVID-19 diaqnozu qoyulub.

Gununsesi.info xəbər verir ki, bununla da infeksiya daşıyıcılarının sayı 150 min 218-ə yüksəlib.

Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ölənlərin sayı 27 nəfər artaraq 2 min 556-ya çatıb.

Hazırda Ermənistanda 18 min 331 aktiv koronavirus xəstəsi var.

Gununsesi.info