Binəqədidə beşmərtəbəli yaşayış binasında yanğın olub: zərərçəkən var

  • By Günel
  • 06 Fevral 2025 08:56

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə ev əşyaları 15 m² sahədə yanıb.

Bu barədə Gununsesi.info -ya FHN-dən bildirilib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info