Rusiyada bahalı dərmanlar kreditlə satılacaq

Rusiyada bahalı dərmanlar kreditlə satılacaq

Rusiyada ilk dəfə olaraq bahalı dərmanların kreditlə satılması imkanı yaradılıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Rusiyanın “Samson farma” apteklər şəbəkəsi xəbər yayıb.

6-12 ay müddətinə veriləcək kreditin maksimum məbləği 300 min rubl (8000 AZN) nəzərdə tutulub.

Rusiyalı ekspertlər hesab edirlər ki, farmaseptik bazarda kredit layihəsi müasir bank texnologiyaları istiqamətinə doğru müsbət addımdır.
Gununsesi.org

COMMENTS