Bu gün Çin “BeiDou-3” (BDS-3) naviqasiya sisteminin iki peykini orta yüksəklikdə orbitə buraxıb.
Gununsesi.org-un məlumatına görə, “Report” Çinin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, cənub-qərbindəki Siçuan əyalətində yerləşən Siçanq Peyk Buraxma Mərkəzindən qaldırılan hər iki peyk nəzərdə tutulan orbitlərə uğurla yerləşdirilib.
Gələn il qurulması hədəflənən “BeiDou” naviqasiya sistemi çərçivəsində indiyədək 51 peyk orbitə çıxarılıb. İndiyədək adıçəkilən sistemin üç nəsil peykləri hazırlanaraq Yer ətrafı orbitlərə yerləşdirilib.
COMMENTS