“Əvvala mən o adamı tanımıram. Ancaq onun atdığı addıma öz fikrimi bildirmək istəyirəm. Bizə qarşı soyqırımı törədib, qanımızı tökən, torpaqlarımızı işğal altında saxlayan bir millətlə xahiş-minnətlə, yalvarışla, mülayim danışmaq ayıbdır. Bu, bizə yaraşan mövqe deyil”.
Gununsesi.org xəbər verir ki, bunu Modern.az-a açıqqlamasında millət vəkili Ata Abdullayev – Paşinyan dialoquna münasibət bildirərkəb deyib. O deyib ki, Abdullayev erməni baş nazirindən soruşur ki, bizim torpağı nə vaxt qaytaracaqsınız?
“Bu sualın özü düzgün qoyulmayıb. Azərbaycan gənci, Azərbaycan vətəndaşı “Biz torpaqlarımızı hərbi güclə düşməndən azad edəcəyik” fikrində olmalıdır. Düşmən heç vaxt danışıqla, xahişlə torpaq qaytarası deyil. Yəni bu, yanlış mövqedir. Düşmən torpaqlarımızı işğal edib, oturub orada və torpaqlarımızı qaytarmaq fikrində deyil. Torpaqlarımızı yalnız Azərbaycan Ordusu xilas edəcək. Yəni kimsə fikirləşirsə ki, düşmən bizə nəyə görəsə torpaq qaytaracaq, bu, xəyaldır. Çünki bizim torpaqlar qətnamə ilə, qərarla işğal olunmayıb, silah gücü ilə işğal olunub. Və biz də torpaqlarımızı silah gücünə işğaldan azad etməliyik.
Hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənclərimiz bu cür düşünməlidir ki, düşmənə qarşı barışmaz olmaq lazımdır, bizə soyqırım törədənə qarşı qisasçı mövqedə durmaq lazımdır. Yoxsa, o Ata kimi gedib düşmənin qarşısında boynubükük, başıaşağı, xəcalətli nəyisə istəmək, bu, kişiliyə, insanlığa, Azərbaycan xalqına yaraşan sifət deyil. Axı Azərbaycan xalqı mərd xalqdır. Və bu gün Azərbaycan xalqının güvəndiyi güclü Azərbaycan dövləti var. Bu dövlətin də güclü ordusu var. Bu ordu da torpaqlarımızı işğaldan azad edəcək!”
Elman Məmmədov hesab edir ki, A.Abdullayev kimiləri özünü reaklamla məşğuldur:
“Belə görüşlərlə, belə suallarla, yalvarışlarla torpaq qaytarılan deyil. Nə qədər ki, torpaqlarımız işğal altındadır, nə qədər ki, ermənilər bizə qarşı düşmənçilik siyasətindən əl çəkmir, bizə onların heç biri ilə görüşmək yaraşmaz. Torpaqlarımızı azad etdikdən sonra fikirləşmək olar ki, bu yaramazlarla, bu murdarlarla qonşuluq, əməkdaşlıq etmək olar, yoxsa olmaz”.
COMMENTS