Rusiya XİN: Ukrayna Rusiyanın 2 milyard dollar aktivini oğurlamağı planlaşdırır

  • By ilhame
  • 28 Yanvar 2024 10:24

Ukrayna Rusiyanın ölkədəki ümumi dəyəri 2 milyard dollardan çox olan aktivlərini oğurlamağı planlaşdırır.

 

Gununsesi.info-nun TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk deyib.

 

Onun sözlərinə görə, Ukrayna tərəfi Rusiyanın iki An-148 sərnişin təyyarəsini müsadirə etmək istəyir ki, bu da “gizli oğurluqdur”. O vurğulayıb ki, Kiyevin planları bununla məhdudlaşmır.

 

Polişçuk qeyd edib ki, Ukrayna Ali Antikorrupsiya Məhkəməsi Ədliyyə Nazirliyinin şəxsi aktivlərin müsadirə edilməsi ilə bağlı iddiaları üzrə 32 müsbət qərar qəbul edib, daha 6 işə baxılır.

 

Diplomat əlavə edib ki, dəyəri 2 milyard dollardan çox olan 688 aktiv, o cümlədən onlarla müəssisə, korporativ hüquqlar, yaşayış və qeyri-yaşayış obyektləri, nəqliyyat vasitələri artıq sanksiyaya məruz qalıb.

Gununsesi.info