Ağdaşda avtomobil qəzası baş verib, ölən var

  • By ilhame
  • 28 Yanvar 2024 10:47

Ağdaşda avtomobil qəzası baş verib.

 

Gununsesi.info xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, yanvarın 28-i saat 06 radələrində Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində Aydın İsmayılovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü Əzizova Laləzar İsgəndər qızı aldığı xəsarətlərdən vəfat edib.

 

Araşdırma aparılır.

Gununsesi.info